YTmp3 Tez-tez Soruşulan Suallar

 

Videodan audioya çevirici proqram necə işləyir? Bundan necə istifadə edə bilərəm?

 

Mp3-ə çevrilməli olan video faylı , üçün onu yenidən kodlaşdırma prosesindən keçirmək lazımdır. Bu kompreslənmiş proqram kimi işləyir. Amma YTmp3 bu prosesi sizin üçün son dərəcə sadə və asan edib. Bu istədiyiniz video linkini kopyalayıb converter qutusuna yapışdırmaq qədər asandır, bununla da hər şey həll olur! Sizin audio faylınız dərhal yükləməyə hazır olur. Sürətli və asan.

 

Bu YouTube mp3 converter eyni vaxtda bir neçə faylı çevirə bilirmi?

 

 Hələ də sizə ən əhatəli təcrübə imkanları bəxş etmək üçün çalışırıq, amma bunun üçün bir az zaman və səbir tələb olunur, bu sualın cavabı isə budur ki, bir neçə YouTube videosunu mp3-yə çevirmək tezliklə, yaxın gələcəkdə mümkün olacaq.

 

Bir videonu çevirmək nə qədər vaxt aparır?

 

 Bu proses videonun ölçüsündən asılı olaraq dəyişə bilər. Son dərəcə geniş faylların çevrilməsi qısa videolara nəzərən bir neçə saniyə daha çox vaxt apara bilər, bununla belə YTmp3 son texnologiyanın məhsulu olduğundan, ən yeni texnologiya ilə vaxtaşırı yenilənir, bu isə əhəmiyyətli dərəcədə sürətli nəticələr verəcəkdir. Bir neçə saniyə, adətən YouTube videosunun çevrilməsi üçün tələb olunan təxmini vaxtdır.

 

O, təsadüfən kəsildikdə belə mən yükləməyə davam edə bilərəmmi?

 

 Bu halda proseduru yenidən təkrarlamağa çalışmalısınız. Əksər hallarda sadəcə yükləmə prosesini yenidən başlatmaq problemi aradan qaldırar, yenə də işləməsə URL ünvanını çevirici qutuya yenidən yapışdrın.

 

YTmp3-ə yapışdırmalı olduğum URL ünvanının harada yerləşdiyini bilmirəm. Onu haradan götürməliyəm?

 

 YouTube.com veb saytına daxil olduğunuz və videonu açdığınız zaman URL ünvanı brauzerinizin ünvan linkində görünəcək. Bu adətən ekranın başında olur. Bu çubuğu görə bilmirsinizsə, brauzer parametrlərindən onu açmağa çalışın.

 

Müəllif hüquqları qorunan videoları da çevirə bilərəmmi?

 

 Bu videolara nadir hallarda belə olsa, xidmət şərtlərinə riayət etmədikləri üçün YouTube tərəfindən birbaşa məhdudiyyət qoyulmadığı təqdirdə, dmüəllif hüquqları qorunan YouTube videolarını mp3-ə çevirmək və cihazınıza yükləmək mümkündür 100% ədalətli olmaq üçün siz müvafiq faylın sahibindən izin alaraq da onu yükləyə bilərsiniz. Biz, YouTube-da yayımlanan hər hansı bir videonun çevrilməsi və ya yüklənməsi üçün təmin etdiyimiz xidmətdən istifadə nəticəsində uğraya biləcəyiniz birbaşa və bilavasitə zərərlərdən məsuliyyət daşımırıq.

 

Nə üçün yüklədiyim mp3-nin səsini eşidə bilmirəm?

 

 Bəzi hallarda, musiqilərin müəllif hüququ qorunursa, YouTube onların audio versiyasını səssiz edə bilər. Bununla yanaşı bu problem əsas video faylı ilə də əlaqədar ola bilər. Bu zaman ən yaxşısı eyni videonun fərqli bir variantını taparaq onu çevirməkdir.

 

Mac və ya mobil cihazımda YTmp3 istifadə edə bilərəm?

 

 YTmp3-ü mükəmməl edən şey, təkmilləşdiricilərimizin birinci sinif xüsusiyyətləri düşünməsi və əlavə etmək istədikləri üçün var gücləri ilə səy göstərməsidir. Bu vaxta qədər onlar mükəmməl iş ərsəyə gətirib. Bunun üçün onların sadəcə bir az zamana ehtiyacı var. Narahat olmayın, bu çox yaxın gələcəkdə mümkün olacaqdır.

 

YTmp3 vasitəsilə YouTube videosunu mp3-yə onlayn çevirmək pulsuzdur?

 

 Bəli. YTmp3, YouTube videolarını mp3-ə sürətli, sadə və rahat yollarla tamamilə pulsuz onlayn çevirici proqram kimi çevirməkdən qürur duyur. Biz bunun üçün sizdən heç vaxt ödəniş tələb etməyəcəyik, buna görə də xidmətimizdən istədiyiniz qədər zövq alın.

 

Çevirə biləcəyim fayllar üçün bir limit varmı?

 

 Xeyr. YTmp3 vasitəsilə çevirə biləcəyiniz faylların sayı məhdudlaşdırılmayıb. Bu xidmət pulsuz olduğu üçün, hər şeydən əvvəl keyfiyyət və fayda təmin etmək məqsədilə tərtib edilmişdir, əmin olun ki, həmişə ürəyiniz istədiyi qədər video çevirə və yükləyə bilmə imkanınız olacaq.

 

YTmp3 vasitəsilə YouTube-dan musiqi yükləmək pulsuzdur?

 

 Bəli. Faylı çevirməklə birgə, həm də sonradan asanlıqla dinləyə bilmək üçün onu cihazınıza yükləyə bilərsiniz. YTmp3 heç bir əziyyətsiz istifadə edə biləcəyiniz videodan mp3-ə converter proqramıdır. Dəyərli vaxtınızı itirmədən mp3-nüzü kifayyət qədər qısa müddətdə yükləyə bilərsiniz.

 

YTmp3 digər onlayn video dərc edən veb saytlardakı videolarda da işləyirmi?

 

 Hələ ki, YTmp3 yalnız YouTube videolarını audio versiyaya çevirə bilir. Bununla belə, YTmp3-ün digər onlayn video platformlarını da siyahısına əlavə edəcəyi gün uzaqda deyil.

 

YTmp3 ilə ən yaxşı işləyən brauzer parametrləri hansılardır?

 

 Videonu mp3-ə çevirmə təcrübəsində ən yaxşı nəticəni əldə etmək üçün brauzer parametrlərində dəyişiklik etmək tələb olunmur. YTmp3 kifayət qədər rahat bir proqramdır və istər Chrome, Firefox, Opera, istərsə də digər seçimlərinizdə istənilən brauzerlə işləyə bilir.

 

Planşet və ya ağıllı telefonumda olan videoları da çevirə bilərəmmi?

 

 YTmp3 seçdiyiniz hər hansı bir cihaza yüksək səviyyədə uyğunlaşmaq üçün tərtib edilib və telefon, yaxud da planşetinizə mp3 faylları yükləməkdə istifadə oluna bilər.

 

Nə üçün YTmp3 YouTube-un digər mp3 converter veb saytlarından daha yaxşıdır?

 

 YTmp3 sadəcə digər YouTube mp3 onlayn converter proqramlarından daha yaxşı deyil, onun hədəfi tamamilə ən yaxşısı olmaqdır. Biz keyfiyyətə hər şeydən daha çox üstünlük veririk çünki, bu funksionallıq, sürət və işləmə qabiliyyəti ilə əlaqədar ağlınıza gələn hər şeyi əhatə edir. Biz hər şeyin öhdəsindən gəlmək, yaranmış hər problemi həll etmək və eyni zamanda istifadəçilərimizə təqdim etdiyimiz xidmətləri davamlı inkişaf etdirmək istəyirik.

 

Videonu çevirərkən və ya yükləyərkən xəta baş verdikdə nə etməliyəm?

 

 Adətən, yükləmə və ya çevirmə prosedurunu kəsən hər hansı bir xəta yenidən Convert düyməsinə basmaqla dərhal düzəldilir, problem hələ də davam edirsə, sadəcə səhifəni yeniləyin və çevrilmiş mp3 faylını cihazına yükləməzdən əvvəl videonun URL ünvanını yenidən kopyalayın və yapışdırın.