Texniki şərtlər YTMP3.com

 

1. YTMP3.com haqqında

 

YTMP3.com MANDARINE INTERNATIONAL S.A.-nın vebsaytıdır, onun baş ofisi 28-30 Academiei Küçəsi, 8-ci mərtəbə, 1-ci Mikrarayon, Buxarest, Ruminya ünvanında yerləşir, YTMP3.com -u alan və idarə edən cəmiyyətin adına J40/8533/2016, CUI 36225888 nömrəsi altında, Dövlət Ticarət Qeydiyyatından keçmişdir.

 

YTMP3.com istifadəçilərə müvafiq mövcud Texniki Şərtlər bölməsində qeyd edilmiş açıq şərtlər altında bir video formatında olan faylları MP3 fayllarına çevirmə imkanı təqdim edən pulsuz bir converter proqramıdır.

 

YTMP3.com-dan istifadənin, onun mövcud texniki şərtlərinin qəbul edildiyi və istifadəçi kimi onların heç bir şərtsiz yerinə yetiriləcəyi anlamına gəldiyini nəzərə alsaq sizə mövcud Texniki Şərtləri diqqətlə oxumaq üçün yetərli vaxt ayırmanızı tövsiyə edirik. Biz həm də YTMP3.com-un mövcud Texniki Şərtlərinin yenilənmiş versiyasını əldə etmənizi və vaxtaşırı oxumanızı tövsiyə edirik.

 

Bu şərtlər, YTMP3 veb saytına daxil olmaq üçün istifadə etdiyiniz cihazdan (masaüstü, dizüstü kompüterlər və ya mobil veb brauzer, rəqəmsal televizor, mobil telefonlar, avtomobildəki şəxsi kompüterlər, portativ rəqəmsal cihazlar və istənilən digər mobil cihazlar, yaxud da hazırda qəbul edilmiş və ya gələcəkdə yaranacaq texnologiya daxil olmaqla) asılı olmayaraq, onların hamısına şamil edilir.

 

YTMP3.com Converter üçün təyin olunmuş heç bir fayla malik deyil. Yüklədiyiniz URL, yalnız faylın çevrilməsi üçün tələb olunan müddət ərzində, yaxud da zərurət varsa, xidmətlərimizi optimallaşdırmaq üçün lazımi müddətə müəyyən statistik prosedurlarla saxlanacaqdır.

 

2 Təriflər

 

"YTMP3.com məzmunu": hər hansı bir mətin, qrafik, səhifə tərtibatı, loqolar, şəkillər, audio materiallar, filmlər və ya digər hərəkətli şəkillər, veb saytda daimi və müvəqqəti olaraq çıxan məqalələr, İstifadəçi üçün veb saytda istənilən formada dərc olunmuş məhsul və ya proqram təminatı ilə əlaqədar təfərrüatlar, eləcə də veb sayt tərəfindən təmin olunan məhsulları əhatə edir və bununla məhdudlaşmır.

 

"Marka rəsmləri": bunlar, veb saytda dərc olunan ticarət markaları, loqolar və xidmət markalarıdır (qeydiyyatdan keçib-keçmədiklərindən asılı olmayaraq).

 

"Müəllif Hüququ": Müəllif hüquqları və digər əlaqədar hüquqlar haqqında 8/1996 nömrəli Qanunda, eləcə də Ruminiyanın tabe olduğu beynəlxalq konvensiyalarda nəzərdə tutulduğu kimi, əsərin bütün əxlaqı və irsi xüsusiyyətlərinə sahib yeganə müəllifini tanımaq və qəbul etmək haqqı.

 

"Converer": audio faylları bir formatdan digərinə çevirmə qabiliyyətinə sahib proqram təminatı (məs., FLAC-dan MP3-ə). Keyfiyyətli musiqi əldə etmək məqsədilə o hər bir çıxış faylı formatı üçün tez-tez kodlaşdırma parametrləri seçir.

 

3 Vebsayt istifadəsinə dair ümumi şərtlər

 

YTMP3.com xidmətinizdədir və vebsaytın təqdim etdiyi məhsullardan / xidmətlərdən istifadə iznini yalnız mövcud şərtlərə uyğun hərəkət etdiyiniz təqdirdə verir. YTMP3.com veb saytına giriş və ondan istifadəyə, mövcud qaydaların səlahiyyəti çərçivəsində, onları qəbul etmək, eləcə də onlara əməl etmək şərti ilə izin verilir. Bu istifadə qaydaları veb sayta daxil olan və ondan istifadə edən bütün şəxslərə şamil olunur.

 

Veb saytın təmin etdiyi xidmətlərdən istifadə etmək üçün, YTMP3.com şərtlərinə əməl etmək haqqında hüquqi səlahiyyətə sahib olmalı, yaxud da bu veb sayta valideyn və qəyyumlarınızın izni ilə, onların nəzarət və səlahiyyəti altında göz atmalısınız.

 

YTMP3.com vebsaytnda daxil olmaq və ondan istifadə etməklə, siz YTMP3.com Texniki Şərtlərində qeyd olunmuş bütün qanunları tam və istisnasız şəkildə qeyd-şərtsiz qəbul etmiş hesab olunursunuz. YTMP3.com şərtlərini qismən və ya tamamilə qəbul etmədiyiniz, həmin vebsayta YTMP3.com Texniki Şərtlərini qəbul etmədən səhvən daxil olduğunuz və ya YTMP3.com istifadəsi üçün mövcud Texniki Şərtləri tam anlamaq və ya qəbul etmək qabiliyyətinə malik olmadığınız hallarda lütfən veb saytdan dərhal çıxın və YTMP3.com məhsullarından istifadə etməyin.

 

Ziyarətçilərin veb sayta pulsuz və qeyri-məhdud giriş haqqı var, onlar YTMP3.com Texniki Şərtlərinin qaydalarına müvafiq olaraq, eyni zamanda yalnız hüquqla əlaqədar nizamlamalara, beynəlxalq konvensiyalara əməl etməklə, üçüncü şəxslərin haqq və mənafelərini pozmadan, sadəcə şəxsi və qeyri-kommersiya məqsədləri ilə veb saytdan eləcə də convert edilmiş fayldan istifadə edə bilərlər.

 

YTMP3.com yalnız şəxsi məqsədlərlə "bu formada istifadə oluna bilər və YTMP3.com -un əvvəldən yazılı razılığı olmadan, mövcud şərtlərdə qeyd olunanlardan başqa və ya digər heç bir məqsədlə surəti çıxarıla, paylana, köçürülə, dərc edilə, dərc oluna, satıla, lisenziyalaşdırıla və ya istismar edilə bilməz. YTMP3.com converter (veb masterlər səhifəsi) bu pulsuz onlayn proqramdan digər veb səhifələr də istədikləri təqdirdə istifadə edə bilər.

Veb saytın mövcud Texniki Şərtlərindən hər hansı bir qaydasını pozduğunuz halda, sizin YTMP3.com -a girişiniz əvvəldən bildiriş etmədən, qərarımızı hər hansı formada açıqlamağa məcbur qalmadan dərhal məhdudlaşdırıla və ya dayandırıla bilər.

 

Bu, pulsuz bir xidmət olduğundan, YTMP3.com veb saytının sahibi və administratoru heç bir rəsmi və ön xəbərdarlığa, bildirişə gərək duymadan, bir tərəfli motivə edilməmiş, qeyri-şərtsiz olaraq və öz arzusu əsasında YTMP3.com xidmətlərin dayandırılmasına və ya kəsilməsinə qərar verə bilər. O həm də birtərəfli, motivasiyasız olaraq və öz istəyi ilə istənilə istifadəçinin YTMP3.com səhifəsində və /və ya convertor istifadəsinə girişini rədd edə bilər.

 

Veb saytın üçüncü şəxslər tərəfindən istifadəsi və istismarına mane olmaq, veb saytın yaxşı funksiya göstərməsinə təsir edə bilən kompüter viruslarının və digər ünsürlərin ötürülməsi qadağandır. "Robotlar", "hörümçəklər" və digər "oflayn oxuyucular", yaxud da müəyyən bir müddətə, bir insanın normal bir veb brauzerdən istifadə etməklə normal qaydada ötürə biləcəyi tələb mesajından daha geniş tələb mesajını eyni zaman ərzində ötürə bilmək üçün veb sayta daxil olan digər hər hansı bir sistem daxil, lakin bunlarla məhdudlaşmayaraq istənilən kompüter sisteminin başladılması və ya istifadəsi qadağan edilmişdir. YTMP3.com veb saytından məlumat və ya şəxsi kimlik verilənlərinin toplanması qadağandır, veb saytda təqdim olunan kommunikasiya sistemlərinin (bu halda) kommersiya məqsədli istifadəsi də həmçinin qadağandır.

 

Veb saytdan istifadə edərək, veb saytın təhlükəsizlik sistemləri və ya veb saytın tərkibində olan hər hansı bir ünsür və ya məzmunun istifadəsinin və sürətinin çıxarılmasının qarşısını alan və bunları məhdudlaşdıran sistemləri, yaxud da veb saytın istifadəsinə məhdudiyyətlər qoyan sistemləri hər hansı bir formada deaktiv etməmək, onlara müdaxilə etməməkdən öhdəlik daşıyırlar.

 

4 Hüquqa, üçüncü şəxslərin haqlarına və əqli mülkiyyət hüququna əməl etmək

 

YTMP3.com üçüncü şəxslərin haqlarının pozulmaması üçün istifadəçilərə onların öz şəxsi və ekslüziv öhdəlikləri altında istifadə edə biləcəkləri bir Converter təqdim edir. Converter proqramı istifadəçinin qanuni şəkildə istifadə haqqına sahib olduğu, eləcə də yüklənməsi, çevrilməsi və istifadəsi üçün hər hansı bir qanuni məhdudiyyəti olmayan video formatlı faylların (məs., istifadəçilərdən birinin şəxsi videolarını, haqları müəllifi tərəfindən açıqlanmış video faylını müəllif hüquqları və əlaqədar hüquqlar haqqında 8/1996 nömrəli Qanunun 33-cü maddəsində qeyd olunmuş istisnalara müvafiq video faylını təhsil məqsədli video faylını yükləmə və ya convert etmə, müəyyən məhdudiyyətlərlə və müvafiq hüquqi şərtlərlə, yaxud da qanunla nəzərdə tutulmuş digər hallarda mümkündür) çevrilməsində mütləq istifadə oluna bilər. Convert edildikdən sonra əldə olunan fayllar, yalnız şəxsi məqsədlərlə istifadə oluna bilər və heç bir halda kommersiya məqsədilə istifadə oluna bilməz, istifadəçi heç bir formada və heç bir niyyətlə əldə etdiyi mp3 faylının məzmununu ictimaiyyətə yayma haqqına sahib deyil.

 

YTMP3.com əqli mülkiyyət haqlarının pozulması ilə əlaqədar fəaliyyətlər daxil, veb saytı vasitəsilə heç bir qanunsuz fəaliyyətə izin vermir. Siz YTMP3.com saytından istifadə edərək, qeyri-qanuni yollarla əldə edilmiş qanunsuz məlumatlar əhatə edən, digər şəxsllərin məxfilik haqqına müqavilələrini və müəllif hüquqlarını pozan faylları convert etmə haqqına sahib deyilsiniz. Bu hallardan hər hansı birinin pozulması sizi qanun qarşısında məsuliyyətə cəlb edir.

 

Lütfən, faylları və ya istənilən materialları veb sayta yükləyərkən və ya oradan götürərkən (Converter istifadə etmək və ya digər hər hansı bir məqsədlə) siz üçüncü şəxslərə məxsus əqli mülkiyyət hüququnu və ya digər haqları pozmadığınızdan əmin olun. Digər veb saytlardan götürülmüş materiallar YTMP3.com veb saytına yükləndikdə (Converter istifadəsi və ya digər hər hansı bir məqsədlə) siz əlaqədar digər veb saytların da sahiblik, məlumat istifadəsi və müvafiq materialların istifadəsi haqqında siyasətlərini qəbul edir və onlara da tabe olursunuz. Sizdən bu veb saytların da texniki şərtlərini, həmçinin istifadə şərtlərini tənzimləyən hər hansı bir digər sənədlərini oxumağınızı və tanımağınızı xahiş edirik, əks təqdirdə siz müvafiq materialların sahiblik və istifadə şərtlərini poza və məsuliyyətə cəlb oluna bilərsiniz. Məlumat və məzmunun digər veb saytlardan götürüldüyü hüquqi şərtlər istifadəçinin ölkəsində qüvvədə olan qanunlara və ya əsas veb sayt sahibinin əsaslandığı qanunlara görə dəyişə və ya istifadə oluna bilər. Siz bu hüquqi tələblər haqqında məlumatlandırılma və onları qəbul etməkdən öhdəlik daşıyırsınız.

 

İstifadəçi üçüncü tərəflərin veb saytlarından götürərək YTMP3.com veb saytına yüklədiyi məlumata dair bütün fəaliyyətləri üçün tam məsuliyyət daşıyır. Convert edilmək üçün yüklənmiş məzmunun müəllif hüququ hər zaman üçüncü şəxsə aiddir, əlaqədar işin istifadə və istismar olunacağı şərtlər cihaza/veb sayta yüklənən məzmun vasitəsilə əvvəldən haqq sahibi ilə razılaşdırılmalıdır. İstifadəçi YTMP3.com -dan istifadənin hüquqiliyindən məsuliyyət daşıyır. YTMP3.com informatika sahəsində texniki məhsulların təminatçısı kimi yeganə tərəf kimi çıxış edərək yalnız texniki platforma təklif edir. YTMP3.com istifadəçi və ya istənilən üçüncü tərəfə dair convert edilmək üçün təqdim olunmuş və ya artıq convert edilmiş məlumatın istifadə yolunun qanuniliyi üçün heç bir məsuliyyət daşımır.

 

Qüvvədə olan qanunlara, xüsusilə də əqli mülkiyyətlə əlaqədar qanunlara əməl etmədən bizim YTMP3.com convertor-dan istifadə etmək YTMP3.com veb sayt xidmətlərinə olan girişinizin qadağan olunmasına, veb saytımızın bundan daha sonra xəbəri olsa da, ön xəbərdarlıq olmadan istifadənizə blok qoyulmasına səbəb ola bilər.

 

YTMP3.com veb saytı və onun tam məzmunu, proqramları, markaları, loqoları, qrafikləri, mətnləri, audio və ya video faylları, fotoşəkilləri, sxemləri, proqram təminatı və verilənlər bazası, eləcə də veb saytda çıxan istənilən digər materialları müəllif hüquqları ilə qorunuz və Mandarine International S.A. və ya onun ortaqlarına məxsusdur.

 

Veb sayt və onun məzmunu müəllif hüquqları haqqında Ruminiya qanunu, eləcə də müəllif hüquqlarına dair digər qüvvədə olan beynəlxalq qanunlarla qorunur. YTMP3.com loqosunun və ya Mandarine International S.A.-ya məxsus digər markaların istifadəsi, yaxud da YTMP3.com və ya Mandarine International S.A. adı ilə əlaqədar olan markaların istifadəsi əvvəldən bizim yazılı iznimiz olmadan qadağandır.

 

Veb sayta əsaslanan kompüter proqramının səlahiyyətsiz surətini çıxarma və istənilən müdaxilə, köçürmə və ya dəyişdirilməsi proqramın müəllif hüququ sahibinin səlahiyyəti xaricində qadağandır.

 

YTMP3.com veb saytından qeyri-müvafiq istifadə nəticəsində müəllif hüquqlarınızın pozulduğunu hesab etdiyiniz zaman, sizdən haqlarınızın pozulmasına dair, bu məsələnin sübutu kimi qanunsuz istifadənin tarixini də göstərməklə bizə bildiriş göndərərək xəbərdar etməniz xahiş olunur. Bildiriş surəti çıxardılmış işi, veb saytı, yaxud da onun götürüldüyünü iddia etdiyiniz linki əhatə etməli, qısa, amma sizin bütün əsərin müəllif hüququna sahib olduğunuzu və həmin şəxsin adından hərəkət etdiyinizi dəstəkləyən inandırıcı dəlil olmalıdır, həmçinin, mailinizdə haqlı davranmadığınız təqdirdə, tətbiq olunan xərcləri öhdənizə götürəcəyinizə dair bir bəyannamə də olmalıdır. Bildirişiniz [email protected] ünvanına göndəriləcəkdir.

 

Yuxarıda qeyd olunmuş bildirişi aldığımız təqdirdə, YTMP3.com administratoru və/və ya sahibi qeyd etdiyiniz məhsulu qeyri-müvafiq formada istifadə edən və iddia olunan haqları pozan istifadəçinin şəxsiyyətini təyin etmək üçün bir fayl hazırlayacaq və bu yolla həmin istifadəçinin YTMP3.com saytına gələcəkdəki girişinə blok qoyacaqdır.

 

5. Öhdəliyin məhdudlaşdırılması

 

YTMP3.com-a daxil olmaqla siz veb saytdan öz hesabınızla istifadə etdiyinizi, hüquqlar, üçüncü tərəflərin haqları və sizin istifadənizə verilmiş mövcud məhsulun istifadə şərtlərindən yeganə məsuliyyət daşıyan şəxs olduğunuzu qəbul edirsiniz.

 

YTMP3.com istifadəçilərin davranışlarından və bunun nəticəsində üçüncü tərəflərdən gələn mühakimələrdən məsuliyyət daşımır, YTMP3.com istifadəçiləri hüquqa və müvafiq hüquqi qanunlara, eləcə də şəxslərin mənafelərinə müvafiq və onlara əməl edən, istifadə şərtləri ilə müşayiət olunan texniki məhsullarla təmin edir.

 

YTMP3.com, onun sahibi/administratoru, bütün hüquqi şəxslər və üzv şirkətlər, tərəfdaş təşkilatlar və ya eyni qrupa aid olan müqaviləli ortaqlar, işçilər və materialın tərtibatı və dərc olunması daxil, veb saytda təqim edilmiş bütün xidmətlərinin yaradılmasında iştirak edən Mandarine International S.A.-ın digər agentlikləri, hətta əvvəldən dəymə ehtimalı olan itki və zərər haqqında bildiriş verildiyi hallarda belə, veb sayta daxil olmaqdan irəli gələn və ya bu veb saytdan, yaxud da onun tərkibindən istifadəyə dair, hər hansı birbaşa və ya bilavasitə zərərdən məsuliyyət daşımır. Bundan əlavə, onların məsuliyyəti YTMP3.com istifadəçisinin qərəzli niyyətlə, qanuna-zidd və ya məcburi şərtlərə əməl etmədən olan istifadəsini əhatə etmir.

 

YTMP3.com istifadəçinin veb sayta daxil olarkən məruz qaldığı potensial kompüter virusları və ya istifadəçi və ziyarətçilərin kompüter və digər elektron cihazlarına, veb sayta daxil olunan şəbəkəyə zərər verə biləcək digər zərərli ünsürlər daxil, istənilən itkiyə görə heç bir risk qəbul etmir. YTMP3.com-a daxil olmaq və ondan istifadə istifadəçinin eksklüziv məsuliyyətinə aiddir.

 

YTMP3.com veb sayt vasitəsilə mövcud olan xidmətin dəyişdirilməsindən, dayandırılmasından və ya kəsilməsindən məsuliyyət daşımır.

Oxuyucuların rəylərini əhatə edən veb sayt bölmələri üçün bu rəylərin məzmunu ilə əlaqədar məsuliyyət tamamilə onların müəlliflərinə aiddir. YTMP3.com istifadə şərtlərinə zidd, həmçinin istənilən halda YTMP3.com sahiblərinin, tərəfdaşlarının və üçüncü tərəflərin imicinə zərər gətirən rəyləri dərc etməmə haqqında sahibdir.

 

YTMP3.com istənilən halda təmin etdiyi xidmətlərin kəsintisiz, vaxtında və xətasız olacağına zəmanət verə bilməz. Dərc olunan material tamamilə məlumat səciyyəlidir və müvafiq hallar, mütəxəssis rəyi üçün əsas təşkil edə bilməz.

 

YTMP3.com üçüncü tərəflərin təmin etdiyi məzmuna verilən zəmanətin dəqiqliyi ilə əlaqədar istənilən məsuliyyəti rədd edir.

 

İstifadəçinin YTMP3.com vasitəsilə əldə etdiyi, bütün təhsil, sosial, informativ və multimedia məzmunlu fayllar ictimaiyyət tərəfindən geniş istifadə olunan xarici veb saytlar tərəfindən təmin edilir. Bu veb saytlar və onların operatorları, sahib olduqları, təmin etdikləri və /və ya ötürdükləri məzmundan məsuliyyət daşıyırlar, YTMP3.com üçüncü tərəflərin veb saytları ilə heç bir əlaqəyə sahib deyil, bu səbəblə də nə onların məzmunundan nə də onlara nəzarət etməkdən məsuliyyət daşımır.

 

6. Məlumatın qorunması və məxfilik. Məlumatın saxlanması. Şəxsi məlumatların istifadəsi.

 

Adətən veb saytımız şəxsi məlumat daxil etmədən də istifadə oluna bilər. Şəxsi məlumat (ad, e-mail ünvanı və ya ünvan) toplandıqda, depolandıqda və səhifələrimizdə istifadə olunduqda, bu hər zaman şəxsin fərdi xarakterini əks etdirəcək məlumatların istifadəsi və sərbəst yayını ilə əlaqədar şəxslərin müdafiəsi haqqında 677/2001 nömrəli Qanunda nəzərdə tutulmuş haqlara müvafiq şəkildə həyata keçiriləcəkdir.

 

YTMP3.com, onlayn xidmətimizdən, müştəri xidmətlərimizdən və ya texniki dəstək xidmətimizdən istifadə üçün qeydiyyatdan keçdiyiniz, yaxud da adınız və e-mail ünvanınızı göstərməli olduğunuz hər hansı formanı dolduran zaman sizin təqdim etdiyiniz bütün məlumatları toplayacaq. Bu məlumat bizim verilənlər bazamızda saxlanacaq.

 

Bu veb sayt sizin ehtiyaclarınızı daha yaxşı anlamaq, məhsul və xidmətlərini təkmilləşdirmək, eyni zamanda ziyarətçilərini fərdi maraqlara uyğunlaşmış daha yaxşı brauzer təcrübəsi ilə təmin ermək üçün öz kukilərindən, eləcə də üçüncü tərəflərin kukilərindən istifadə edir. Sizin şəxsi məlumatlarınız YTMP3.com xidmətini həm də marketinq məqsədləri ilə mümkün olduğu qədər fərdiləşdirməkdə istifadə oluna bilər.

 

Bu veb saytında yerləşdirilmiş üçüncü tərəflərin kukiləri aşağıdakı firmalardan: Doubleclick.com, Facebook.com, Google Analytics, Google Adsense və s., eləcə də veb sayt vasitəsilə şirkətimiz tərəfindən müəyyən vaxt çərçivəsində təchiz olunan reklam xidmətlərindən yararlanan şəxslərdən gələ bilər. Siz üçüncü tərəflərdən gələn kukilərin tam siyahısını “Kukilər siyasəti” bölməsində dərc olunmuş siyahıdan görə bilərsiniz. YTMP3.com saytının bu kukilərə girişi yoxdur və onlara nəzarət edə bilmir.

 

YTMP3.com toplanmış məlumatı ortaq veb saytlara, eyni qrupdan olan veb saytlara və ya xüsusi seçilmiş tərəfdaşlara ötürə bilər.

YTMP3.com həm də, məlumatlarınızdan sizinlə əlaqə saxlamaq üçün istifadə edəcək, sizə yeni təkliflər, kampaniyalar, reklam və birbaşa marketinq mesajları göndərmək üçün şəxsi xarakterli məlumatlarınızı saxlayacaq və dəyişəcək. Sizinlə əlaqə saxlanmasını istəmir, yaxud da təmin etdiyimiz heç bir məlumatın dəyişdirilməsini tələb etmirsinizsə, bununla əlaqədar birbaşa aşağıdakı e-mail ünvanına yaza bilərsiniz: [email protected]

 

Bu sayta ötürdüyünüz, suallar, şərhlər, təkliflər və digər buna bənzər mesajlar kimi istənilən hər hansı kommunikasiya növü və materiallar qeyri-məxfi qəbul ediləcək və qorunmayacaq. Bundan əlavə, istifadəçinin öz təşəbbüsü iləYTMP3.com veb saytından ictimai mesaj kimi dərc olunmasını istədiyi şəxsi məlumat üçün YTMP3.com məsuliyyət daşımır.

 

7 Digər səhifələrə linklər (Qanun No 365/2002\ mad. 15)

 

Əvvəldən yazılı razılaşma olmadan bu veb saytdan digər yollarla hər hansı veb saytlara link yaratmaq qadağandır.

 

YTMP3.com veb saytı YTMP3.com administratorları tərəfindən idarə olunmayan və ya yoxlanmayan üçüncü şəxslərin veb saytlarına və ya digər xidmətlərinə olan linkləri əhatə edir. Bu linklərdən istifadə və onlara giriş istifadəçinin öz seçimidir və istifadəçi bu linklərə daxil olduqda ona müvafiq veb saytın siyasəti təqdim olunur. Biz sizə üçüncü şəxslərin veb saytlarından istifadə etməzdən, onlara şəxsi məlumatlarınızı, yaxud da bu veb saytlar vasitəsilə digər bir informasiyanı ötürməzdən əvvəl, onların istifadə şərtlərini və məxfilik haqqındakı bəyannamələri diqqətlə oxumağı tövsiyə edirik.

 

YTMP3.com bu səhifələrə nəzarət etmədiyi kimi, onların mövcudluğundan, məzmunundan, ehtimal olunan müəllif hüquqları pozuntusundan, bu səhifələrin təmin etidyi məlumatların həqiqətəuyğunluğundan, onların təhlükəsizliyindən, sizə, kompüterinizə, yaxud da digər hər hansı bir elektron cihazınıza zərər verə biləcək kompüter virusları və ya digər bir zərərli ünsürə sahib olub-olmadıqlarından, veb sayt vasitəsilə daxil olduğunuz şəbəkədən və istənilən məlumat itkisindən məsuliyyət də daşımır.

 

Eyni zamanda, YTMP3.com, əlaqədar vebsaytların təmin etdiyi müvafiq linklərə daxil olaraq, yaxud da məlumat, məzmun, dəyərlər və ya xidmətlərlə əlaqədar istifadəçilərin məruz qala biləcəyi həmin səhifədə tətbiq olunan mühakimə və ya itkilər üçün kommersiya fəaliyyəti məqsədilə bu veb saytlarda təmin olunan məhsul və ya digər material növlərinə görə cavabdeh deyil.

 

8. Bu şərtlərin dəyişdirilməsi

 

YTMP3.com istifadəçiyə əvvəldən bildiriş etmədən və ya edərək istənilən an istifadə şərtlərinin məzmunu dəyişmə haqqına sahibdir. Yeni şərtlər veb saytda dərc olunduğu andan etibarən qüvvəyə minir və özündən əvvəlki hallara şamil olunmur.

 

Texniki şərtlərin yerinə yetirilməsində nə dərəcədə əhəmiyyət daşımasından asılı olmayaraq, istənilən dəyişiklik tamamilə Mandarine International S.A. şirkətinin qərar vermə səlahiyyəti çərçivəsindədir.

 

Lütfən, veb saytda dərc olunduqdan dərhal sonra şərtlərdə hər hansı bir dəyişikliyin tətbiq olunacağını düşünərək bu şərtləri müntəzəm şəkildə yoxlayın və yenidən oxuyun Bu dəyişikliklər dərc olunduqdan sonra veb saytdan istifadə etmək, həmin dəyişikliklərin istifadəçi tərəfindən qəbul olunduğunu göstərəcək.

 

9 Müvafiq qanun

 

Veb sayta daxil olmaqla istifadəçi hər hansı bir məhkəmə işinin Buxarest, Ruminiyadakı ümumi hüquq məhkəmələrinin səlahiyyəti çərçivəsində olduğunu qəbul edir.

Bunun üçün qüvvədə olan qanun Ruminiya qanunu və həmçinin müəllif hüquqları, əqli mülkiyyət və elektron ticarət (Müəllif Hüquqları və Elektron Ticarət haqqında Avropa Direktivləri, ÜƏMT Sazişləri və Ruminiyanın qoşulduğu, eyni zamanda qəbul etdiyi bütün müvafiq Sazişlər, Konvensiya və Aktlar) haqqında beynəlxalq maddələrdir.

 

Bu müddəalardan bəziləri sizin yerli qanunlarınıza müvafiq olmaya bilər, bu səbəblə biz sizdən ölkənizin qanunvericiliyi haqqında xəbərdar olmağı xahiş edirik.

 

10 Şikayətlər/Dəstək

 

YTMP3.com veb saytı və onun tərəfindən təqdim olunan istənilən sual, tərəddüd, şikayət, təklif hallarında lütfən, bizimlə aşağıdakı e-mail ünvanları vasitəsilə əlaqə saxlayın:[email protected]

 

Ən son yenilənmiş versiya: 16. 12. 2016